De Byazinin seçimi: “23-lük” müəyyənləşdi
Azərbaycan millisinin Belçika ilə oyun üçün “23-lüy”ü açıqlanıb. Baş məşqçi Canni de Byazi AVRO-2024-ün seçmə matçında güvənə biləcəyi futbolçuları müəyyənləşdirib.
O, yığmaya çağırdığı heyətdən üç oyunçunu matçın sifariş vərəqinə daxil etməyib. Müdafiəçilər Bəxtiyar Həsənalızadə və Amin Seydiyev, yarımmüdafiəçi Ozan Can Kökçü heyətdən kənar düşüb.
Yığmanın “23-lüy”ü: Şahruddin Məhəmmədəliyev (“Qarabağ”), Səlahət Ağayev (“Səbail”) Anton Krivotsyuk (“Daejon Hana” Cənubi Koreya), Bəhlul Mustafazadə, Toral Bayramov, Rahil Məmmədov (hamısı “Qarabağ”),Höccət Haqqverdi (“Neftçi”), Elvin Bədəlov (“Sumqayıt”) Yusif Nəbiyev (“Səbail”), Elvin Cəfərquliyev (“Qarabağ”), Coşqun Diniyev (Umraniyespor, Türkiyə), Elvin Camalov (“Sabah”), Emil Səfərov (“Qəbələ”), Emin Mahmudov (“Neftçi), Filip Ozobiç (“Neftçi), Rüstəm Əhmədzadə, Qismət Alıyev (hər ikisi “Zirə”), Aleksey İsayev (“Sabah”), Mahir Emreli (“Dinamo” Xorvatiya), Ramil Şeydayev (“Buriram Yunauyed”, Tailand), Renat Dadaşov (“Qrasshopper”, İsveçrə) və Musa Qurbanlının (“Yurqorden, İsveç).