De Bruynedən rekord
Kevin de Bruyne “Mançester Siti”nin rekorduna imza atıb. O, assist sayında komandasının yeni rekordçusu olub.
Belçikalı yarımmüdafiəçi David Silvanı arxada qoyub. O, “Mançester Yunayted” üzərində qələbəyə (6:3) iki məhsuldar ötürməyə imza ataraq assistlərin sayını 94-ə çatdırıb.
Bunu 218 oyunda reallaşdıran Kevin 93 məhsuldar ötürmə edən Davidi keçib. İspaniyalı 309 matç keçirib.