De Bruyne qərarını verdi
“Mançester Siti”nin yarımmüdafiəçisi Kevin De Bruyne qərarını verib. O, komandanı tərk etmək istəmir.
Futbolçu karyerasını burada başa vurmaq niyyətindədir. 32 yaşlı belçikalı son 3 ilini də keçirmək üçün klubla müqaviləsini uzatmağı gözləyir.
De Bruyne 2015-ci ildən “Mançester Siti”də çıxış edir. Yarımmüdafiəçi əvvəllər “Volfsburq”, “Çelsi”, “Verder Bremen” və “Genk”də forma geyinib.