De Brüyne “Mançester Siti”də qalacaq
“Mançester Siti”nin yarımmüdafiəçisi Kevin De Brüyne klubda qalacaq. O, gələcəyi ilə bağlı fikirlərini bölüşüb.
Kevin burada xoşbəxt olduğunu bildirib: “Yeddi ildir ki, buradayam. Komandada hamını sevirəm. Başqa planım yoxdur, burada oynamağa davam edəcəm. “Mançester Siti” mənim komandamdır”.
Qeyd edək ki, 30 yaşlı belçikalı 2015-ci ildən “Mançester Siti”də çıxış edir. 2021-22 mövsümündə yarımmüdafiəçi bütün yarışlarda 45 oyun keçirib, 19 qol vurub və 14 məhsuldar ötürmə edib. Onun müqaviləsi 2025-ci ilin yayına kimi nəzərdə tutulub.