De Bruyne “100”ə çatdı
“Mançester Siti”nin futbolçusu Kevin De Bruyne daha bir uğura imza atıb. O, Belçika millisində 100-cü matçını keçirib.
Yarımmüdafiəçi Monteneqro ilə yoldaşlıq görüşündə meydana çıxıb. Bu oyun 32 yaşlı yarımmüdafiəçinin milli karyerasında 100-cü olub.
Nəticədə De Brüyne Belçika millisində 100 oyun həddinə çatan 8-ci futbolçu olub. Əvvəllər bu göstəriciyə Eden Hazard, Romelu Lukaku və Tibo Kurtua kimi futbolçular çatıb.