De Bruyne əməliyyat olunacaq
“Mançester Siti”nin futbolçusu Kevin de Bruynenin durumuna aydınlıq gəlib. O, əməliyyat olunacaq.
Təcrübəli yarımmüdafiəçi cərrah masasına uzanmağa razılıq verib. Zədədən əziyyət çəkən futbolçu Antverpendə əməliyyat olunacaq. Həkimlər onun 3-4 ay meydanlardan kənar qalacağını proqnozlaşdırır.