De Breyne 200-ə çatdı

De Breyne 200-ə çatdı

“Mançester Siti”nin futbolçusu Kevin de Breyne klubda pay sahibi olduğu qolların sayını 200-ə çatdırıb. Belçikalı yarımmüdafiəçi 2015-ci ildən çıxış etdiyi Premyer Liqa təmsilçisinin heyətində 84 qol vurub və 116 assist müəllifi olub.

O, bunu 305 matçda gerçəkləşdirib. Cari mövsüm Kevin üçün rekord sayda – 17 qolla da əlamətdardır.

Qeyd edək ki, belçikalı “Vulverhempton”a 5:1 hesabı ilə qalib gəldikləri oyunda 4 qola imza atıb.

ETOPAZ

Əvvəlki yazı

Ronaldo rekordun bir addımlığında

Növbəti yazı

Kulibali “Çelsi”nin hədəfində