De Breyne: “100”ə üç addım qaldı
“Mançester Siti”nin yarımmüdafiəçisi Kevin De Breyne “Vulverhempton”la görüşdə məhsuldar ötürmə verib. Bu, onun Premyer Liqada 97-ci assisti olub.
De Breyne bu göstəricidə turnir tarixinin ən yaxşıları siyahısında 5-ci yerdə qərarlaşıb. O, yalnız dörd futbolçudan geri qalır. Bunlar Frenk Lempard (102), Ueyn Runi (103), Sesk Fabreqas (111) və Rayan Qiqqzdir (162).
Qeyd edək ki, mançesterlilər bu matçda 3:0 hesabı ilə qalib gəlib.