DÇ-2034 qışda keçirilə bilər

DÇ-2034 qışda keçirilə bilər

2034-cü ilin futbol üzrə dünya çempionatı yanvar ayında təşkil edilə bilər. FIFA gələn həftə keçiriləcək konqresində 2030 və 2034 mundiallarının ev sahiblərini təsdiqləyəcək.

Yeganə namizəd kimi “2034 FIFA World Cup” yarışının Səudiyyə Ərəbistanında olacağı artıq məlumdur. “The Sun” qəzeti yazır ki, 2034 mundialı da təqvim baxımından Qətər-2022-ni xatırladacaq.

Qeyd edək ki, körfəz ölkələrində yayda 45 dərəcəyə çata bilən həddindən artıq istilər səbəbindən dünya çempionatının qışda keçirilməsi qərarının veriləcəyi gözlənilir. Turnir iki il əvvəl noyabr-dekabrda olsa da, 2034-cü ildə həmin dövr müsəlmanların müqəddəs Ramazan ayına təsadüf edəcək. Bu səbəbdən mundialın yanvar ayında təşkil olunacağı istisna edilmir.

ETOPAZ

Əvvəlki yazı

İkardi əməliyyat olundu

Növbəti yazı

İnzaqi ən yaxşı seçildi