DÇ-2026-nın püşkatma mərasimi keçirildi

DÇ-2026-nın püşkatma mərasimi keçirildi

Bu gün DÇ-2026-nın final mərhələsinin püşkü atılıb. Vaşinqtonda keçiriləcək tədbir saat 21:00-da başlayıb.

A qrupu: Meksika, Cənubi Koreya, Cənubi Afrika Respublikası, UEFA D yolunun qalibi (Danimarka-Şimali Makedoniya/Çexiya-İrlandiya)

B qrupu: Kanada, İsveçrə, Qətər, UEFA A yolunun qalibi (İtaliya-Şimali İrlandiya/Uels – Bosniya və Herseqovina)

C qrupu: Braziliya, Mərakeş, Şotlandiya, Haiti

D qrupu: ABŞ, Avstraliya, Paraqvay, UEFA C yolunun qalibi (Türkiyə-Rumıniya/Slovakiya-Kosovo)

E qrupu: Almaniya, Ekvador, Fildişi Sahili, Kurasao

F qrupu: Niderland, Yaponiya, Tunis, B yolunun qalibi (Ukrayna-İsveç/Polşa-Albaniya)

G qrupu: Belçika, İran, Misir, Yeni Zelandiya

H qrupu: İspaniya, Uruqvay, Səudiyyə Ərəbistanı, Kabo Verde

I qrupu: Fransa, Seneqal, Norveç, FIFA qitələrarası pley-off 2-ci (Boliviya-Surinam/İraq)

J qrupu: Argentina, Avstriya, Əlcəzair, İordaniya

K qrupu: Portuqaliya, Kolumbiya, Özbəkistan, FIFA qitələrarası pley-off 1-ci (Yeni Kaledoniya-Yamayka/Konqo Demokratik Respublikası)

L qrupu: İngiltərə, Xorvatiya, Panama, Qana

Qeyd edək ki, ABŞ, Meksika və Kanadanın ev sahibliyi edəcəyi mundialda ilk dəfə 48 komanda yarışacaq.

ETOPAZ

Əvvəlki yazı

XIV turun təyinatları bəlli oldu

Növbəti yazı

La Liqada ayın futbolçusu bəlli oldu