DÇ-2026: Millimizin rəqibləri bəlli oldu
DÇ-2026-nın Avropa zonası üzrə seçmə mərhələsinin püşkü atılıb. Azərbaycan millisinin də rəqibləri bəlli olub.
Yığmamız 4 komandanın mübarizə aparacağı D qrupuna düşüb. Fernandu Santuşun baş məşqçisi olduğu millimiz Fransa – Xorvatiya cütünün qalibi (Millətlər Liqasının 1/4 final oyunu), Ukrayna və İslandiya ilə mübarizə aparacaq.
Qarşılaşmalar 2025-ci ildə baş tutacaq. Yalnız qrup qalibi birbaşa DÇ-2026-ya yüksələcək, ikinci yerin sahibi pley-offa yollanacaq.
Qeyd edək ki, Rusiyanın buraxılmadığı seçmə mərhələnin 54 iştirakçısı 12 qrupa bölünüb. Bunlardan altısında 4, altısında 5 komanda yer alıb.