DÇ-2022 pley-offu təxirə salına bilər

DÇ-2022 pley-offu təxirə salına bilər

Ukrayna Futbol Assosiasiyası FİFA-ya müraciət edib. Müraciətdə Şotlandiyaya qarşı keçiriləcək DÇ-2022-nin pley-off mərhələsinin  Qlazqodakı yarımfinal oyununun (24 mart) təxirə salınması xahiş edilib. FİFA belə bir müraciət aldığını təsdiqləyib.

Ukrayna millisinin əsas oyunçuları “Dinamo” (Kiyev) və “Şaxtyor”da (Donetsk) çıxış edir. Hazırda ölkədəki müharibə səbəbindən yerli liqanın oyunları dayandırılıb və futbolçular lazımi formada deyil.

Əgər Ukraynanın müraciəti nəzərə alınsa, aprelin 1-də Dohada DÇ-2022-nin final mərhələsinin püşkatması 32 komandanın 2-sinin iştirakı olmadan keçiriləcək.

ETOPAZ

Əvvəlki yazı

Sürpriz kupon – 04.03.2022

Növbəti yazı

Ən çox qol vuran “böyük beşlik” klubları