DÇ-2022-nin fərdi mükafatları sahiblərini tapdı
Dünya çempionatına yekun vurulub. Finalda Argentina Fransanı məğlub edərək çempion olub – 3:3, pen. 4:2.
Oyundan sonra keçirilən mükafatlandırma mərasimində fərdi mükafatlar sahiblərini tapıb. 4 nominasiyada qaliblər müəyyənləşib. Turnirin ən yaxşı futbolçusu Lionel Messi, ən parlaq gənc oyunçusu Enzo Fernandez, bombardiri Kilyan Mbappe və ən yaxşı qapıçısı isəEmiliano Martinez seçilib.