DÇ-2022-də qrup mərhələsində son tura start
Bu gün Qətərdə təşkil olunan DÇ-2022-də qrup mərhələsinin III turuna start veriləcək. Mundialın 10-cu oyun günündə iki qrupda mübarizə yekunlaşacaq.
A qrupunun lideri Niderland qrupda qaldığı rəsmiləşən Qətərlə üz-üzə gələcək. “Narıncılar”a 1/8 finala vəsiqə üçün bir xal da kifayətdir.
Ekvadorla Seneqal da tur adlamaq üçün vuruşacaq. Cənubi amerikalılara bir xal da kifayət edəcək.
B qrupunda Böyük Britaniya dueli baş tutacaq. İngiltərə və Uels qələbə üçün mübarizə aparacaq. Digər görüşdə prinsipial rəqiblər İranla ABŞ görüşəcək.
DÇ-2022
Qrup mərhələsi
III tur, 29 noyabr
A qrupu
19:00. Niderland – Qətər
“Al Bayt” stadionu
19:00. Ekvador – Seneqal
“Xalifa” stadionu
B qrupu
23:00. Uels – İngiltərə
“Ahmad Bin Ali” stadionu
23:00. İran – ABŞ
“Al Tumama” stadionu