DÇ-2022-də növbəti sensasiya: İspaniya mübarizəni erkən dayandırdı
Dünya çempionatında 1/8 final mərhələsinin son oyunları keçirilir. İspaniya Mərakeşlə qarşılaşıb.
Matç qarşılıqlı hücumlarla başlayıb. Lakin tərəflər qol vurmağı bacarmayıb. Əlavə vaxtda da hesab açılmayıb və penaltilər seriyasına keçid edilib. Burada daha dəqiq olan Mərakeş millisi 1/4 finala yüksəlib – 3:0.
Qeyd edək ki, Mərakeşin 1/4 finaldakı rəqibi Portuqaliya – İsveçrə matçının qalibi olacaq.