DÇ-2022-də növbəti qadağa
Qətərdə keçirilən DÇ-2022-də pivə satışına qadağa qoyulub. Bunu FİFA-nın mətbuat xidməti açıqlayıb.
Yarışa ev sahibliyi qətərlilərlə danışıqlardan sonra belə qərar verilib. Oyunların keçiriləcəyi 8 stadionun heç birində alkoqollu içki satılmayacaq. Bu içkilər yalnız azarkeş festivalı və digər fan-zonalarda almaq mümkün olacaq.