DÇ-2022-də daha bir sensasiya: Almaniya da uduzdu
Qətərdə keçirilən DÇ-2022-də daha bir sensasiya qeydə alınıb. Bu, çempionatın dördüncü gününə təsadüf edib.
E qrupunun ilk görüşündə Almaniya yığması Yaponiya ilə qarşılaşıb. Hans-Diter Flikin yetirmələri üstünlüyə malik olduğu ilk 45 dəqiqədə İlkay Gündoğanın penalti zərbəsi ilə hesabı açıb. Lakin Asiya təmsilçisi fasilədən sonra oyunda dönüş yaradıb. “Gündoğar ölkə” təmsilçisinin heyətində əvvəl Ritsu Doan, matçın sonlarında Takuma Asano fərqlənib. Bununla da yaponiyalılar Bundestimə qalib gəlib – 2:1.
Qeyd edək ki, E qrupunda turun digər qarşılaşmasında İspaniya ilə Kosta-Rika görüşəcək. Bu oyun Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.