DÇ-2022-də daha bir istefa

DÇ-2022-də daha bir istefa

Qətərdə keçirilən DÇ-2022-də daha bir baş məşqçi komandasını tərk edib. Xerardo Martino Meksika yığmasının çalışdırıcısı vəzifəsindən ayrılıb.

Müqaviləsi başa çatan mütəxəssis komandada qalmayacağını açıqlayıb. Buna komandanın qrupdan çıxa bilməməsi səbəb olub. Son turun görüşündə Səudiyyə Ərəbistanına 2:1 hesabı ilə qalib gələn şimali amerikalılar 3-cü yerlə kifayətlənib.

Qeyd edək ki, “Barselona” və Argentinanın sabiq baş məşqçisi 2019-cu ildən Meksikanı çalışdırırdı.

ETOPAZ

Əvvəlki yazı

Millinin hücumçusu “Bavariya”nın hədəfində

Növbəti yazı

Messidən antirekord