DÇ-2022: Bürünc sahibini tapdı
DÇ-2022-nin 3-cü yer uğrunda oyun keçirilib. Bu gün baş tutan matçda Xorvatiya və Mərakeş milliləri üz-üzə gəlib.
Qətərdəki mundialın bürünc medallarının taleyinə aydınlıq gətirən qarşılaşma erkən qollarla başlayıb. Öncə Yoşko Qvardiol hesabı açıb.
Buraxılan qoldan dərhal sonra afrikalıların cavabı gəlib. Əşrəf Darinin hesaba tarazlıq gətirib.
Fasilə ərəfəsində Mislav Orşiç xorvatları önə çıxarıb – 2:1.
Görüşün ikinci 45 dəqiqəsi qolsuz başa çatıb. Beləliklə, 2:1 hesablı qələbə qazanan Xorvatiya dünya üçüncüsü olaraq bürünc medal qazanıb.
Qeyd edək ki, dünya çempionu sabah baş tutacaq finalda müəyyənləşəcək. Son çempion Fransa Argentina ilə görüşəcək.