David Silva karyerasını bitirdi
“Real Sosyedad”ın futbolçusu David Silva karyerasını başa vurub. Bunu 37 yaşlı ispaniyalı yarımmüdafiəçinin özü açıqlayıb.
2020-ci ildən indiki klubunda forma geyinən Silva 93 matçda 7 qola imza atıb. O, bunadək “Mançester Siti”, “Selta”, “Eybar” və “Valensiya”da da çıxış edib.