Danimarkada ilin futbolçusu bəlli oldu
Danimarkada ilin futbolçusu bəlli olub. Bu ada “Tottenhem”in yarımmüdafiəçisi Pyer-Emil Hoybyerq layiq görülüb.
O, “Mançester Yunayted”in yarımmüdafiəçisi Kristian Eriksen və “Kristal Pelas”ın müdafiəçisi Yoakim Anderseni qabaqlayıb. Hoybyerq bu mövsüm “Tottenhem”in heyətində bütün turnirlərdə 24 oyuna çıxıb, 5 qol vurub və 4 məhsuldar ötürmə edib.