Dani Olmo zədələndi
“Barselona”nın yarımmüdafiəçisi Dani Olmo “Osasuna” ilə matçı davam etdirə bilməyib. 28-ci dəqiqədə zədələnən futbolçu meydanı tərk edib. Onun əvəzinə meydana Fermin Lopez daxil olub.
İlkin müayinəyə görə, Olmonun zədəsi ciddi deyil.
Qeyd edək ki, qarşılaşma “Barselona”nın 3:0 hesablı qələbəsi ilə nəticələnib.