“Dallas”ın tarixinə düşdü
“Dallas”ın basketbolçusu Kristian Vud klubun tarixinə düşüb. O, “Maveriks”də ilk iki oyununda ən azı 25 xal toplayan birinci oyunçu olub.
“Memfis” üzərində 137:96 hesablı qələbə qazanan “Dallas”da Vud 25 xal və 12 ribaund qazanıb. Daha öncə “Feniks”ə qarşı mövsümün açılış oyununda (105:107) o, 25 xal və 8 ribaund yığmışdı.