“Dallas”da yeni müqavilə
“Dallas” Brendon Naytla yeni müqavilə imzalayıb. Basketbolçu ilə anlaşma 10 günü əhatə edir.
Bu, 30 yaşlı oyunçu ilə ikinci belə müqavilədir. Onunla ilk anlaşma ötən il dekabrın 23-də imzalanıb.
Müdafiəçi “Maveriks”də 3 matç keçirib. Onun orta göstəriciləri 10,0 xal, 2,3 ribaund və 2,7 ötürmədir.