“Dallas” pley-offdan kənarda
“Dallas” NBA-da pley-innə, oradan da pley-offa çıxmaq şansını itirib. Bu, “Çikaqo” ilə matçda rəsmiləşib.
Evdə 112:115 hesabı ilə uduzan “Maveriks” “onluğ”a düşmək imkanını əldən verib. Bu görüşdə əksər ulduzlar meydana çıxmayıb.
Luka Donçiç isə cəmi 13 dəqiqə şans qazanıb. O, 13 xal toplayıb.