“Dallas” Pinsonu heyətdə saxlamaq niyyətindədir
“Dallas” Teo Pinsonu heyətində saxlamaq istəyir. Klub onun xidmətində daha bir il maraqlıdır.
Pinson bu mövsüm “Maveriks”in heyətində 19 oyuna çıxıb, hər oyuna orta hesabla 2,5 xal toplayıb.
Teksaslıların baş məşqçisi Ceyson Kidd 26 yaşlı basketbolçunun komandada əhəmiyyətini qeyd edib. Kidd Pinsonun soyunub-geyinmə otağında heyəti motivasiya eləməsindən bəhs edib.