“Dalğa Arena”da qələbə
Azərbaycan milli komandası növbəti oyununu keçirib. Yığmamız İordaniya ilə yoldaşlıq görüşündə qüvvəsini sınayıb.
Matçda hesabı Emin Mahmudov açıb. Millinin kapitanı ilk hissəyə əlavə olunan dəqiqədə penaltidən fərqlənib – 1:0.
Asiyalılar ikinci yarının əvvəllərində hesaba tarazlıq gətirib. Lakin “Dalğa Arena”dakı azarkeşləri sevindirmək üçün irəli atılan millimiz istəyinə çatıb. Bu dəfə Renat Dadaşov qol sevinci yaşayıb – 2:1. Komandamız qələbə hesabını sonadək qoruyaraq meydandan qalib ayrılıb.