“Dalğa Arena”da dörd qol
“Araz-Naxçıvan” Konfrans Liqasında növbəti oyununa çıxıb. Premyer Liqanın bürünc mükafatçısı III təsnifat mərhələsinin ilk matçında Kipr təmsilçisi “Omoniya”sı ilə qarşılaşıb.
Görüş təmsilçimiz üçün uğursuz alınıb. Qonaqlar hər hissədə 2 qol vuraraq “Dalğa Arena”da böyükhesablı qələbə qazanıblar – 4:0.
İlk yarıda Loizos Loizu dubla imza atıb. Fasilədən sonra Evandro və Stefan Yovetiç fərqləniblər.
Qeyd edək ki, komandalar arasında cavab oyunu avqustun 14-də keçiriləcək.












