Çupo-Motinqin yeni klubu bəlli oldu
Erik Çupo-Motinqin yeni klubu bəlli olub. O, karyerasını ABŞ-da davam etdirəcək.
Hücumçu “Nyu-York Red Bullz”la anlaşıb. Bu barədə MLS klubunun mətbuat xidməti məlumat yayıb.
35 yaşlı futbolçu ilə müqavilə müddəti 2026-cı ilin sonuna qədər nəzərdə tutulub.
Qeyd edək ki, Erik daha öncə “Hamburq”, “Nürnberq”, “Maynts”, “Şalke”, “Stok Siti”, “Bavariya”, PSJ kimi klubların şərəfini qoruyub.