Çupo-Motinq MLS yolunda

Çupo-Motinq MLS yolunda

“Bavariya”nın sabiq futbolçusu Erik Maksim Çupo-Motinqin taleyinə aydınlıq gəlib. Kamerunlu hücumçu karyerasını MLS-də davam etdirəcək.

35 yaşlı forvard “Nyu-York Red Bullz”la müqavilə imzalayacaq. Artıq tibbi müayinədən keçən futbolçunun anlaşması 2 illik olacaq. O, yeni klubuna azad agent kimi qoşulacaq.

Qeyd edək ki, ötən mövsümü “Bavariya”da keçirən hücumçu Bundesliqanın 27 oyununda 2 qol vurub.

ETOPAZ

Əvvəlki yazı

Qabbiadan yeni müqavilə

Növbəti yazı

“Ordu”dan inamlı qələbə