Çukvueze üçün İtaliyadan təklif
“Milan” heyətini gücləndirmək niyyətindədir. Klub “Vilyarreal”ın hücumçusu Samuel Çukvueze ilə maraqlanır.
İtaliyalılar bonuslar daxil olmaqla 25 milyon avro təklif edib. Bununla belə, İspaniya tərəfi ən azı 35 milyon avro istəyir.
24 yaşlı nigeriyalının hazırkı müqaviləsi 2024-cü ilə qədərdir.