Cüdoçumuz 1/4 finala yüksəldi
Paris-2024-ün cüdo yarışları davam edir. Azərbaycan yığmasının Fransa paytaxtındakı sonuncu cüdoçusu da tatamiyə çıxıb.
Uşanqi Kokauri Paris-2024-ə 1/16 finaldan start verib. O, ilk görüşündə Rafael Silvaya (Braziliya) ipponla qalib gəlib. Kokauri ardınca Martti Puumalaineni (Finlandiya) də mübarizədən kənarlaşdırıb və 1/4 finala yüksəlib.