Cuddan qol seriyası
Cud Bellinqem “Real”ın tarixinə düşüb. İngiltərəli yarımmüdafiəçi ilk üç rəsmi matçında qol vurmağı bacarıb.
Cud Uesli Sneyder və Kriştiano Ronaldodan sonra bunu bacaran ilk futbolçudur. “Atletik” və “Almeriya” ilə görüşlərdə fərqlənən yarımmüdafiəçi “Selta”nın da qapısına yol tapıb. “Real”ın yeni “qol maşımı” bu üç qarşılaşmada 4 top vurub.
Qeyd edək ki, Cud Dortmund “Borussiya”sından “Real”a keçib.