Coşqun Diniyevdən uğurlu debüt

Coşqun Diniyevdən uğurlu debüt

Coşqin Diniyevin “Çorum”dakı debütü uğurlu alınıb. O, Türkiyə 1-ci Liqasının 24-cü turunda komandanın heyətində keçirdiyi ilk oyunda iki dəfə fərqlənib.

Bir neçə gün əvvəl “Bandırmaspor” “Çorum”a dəyişən Coşqun 14-cü dəqiqədə hesabı açıb. O, fasilədən dərhal sonra daha bir qol vuraraq, komandasının “Yeni Malatyaspor”la görüşdə 3 xal qazanmasında böyük rol oynayıb. Qarşılaşma 2:0 hesabı ilə yekunlaşıb.

Qeyd edək ki, 24 turdan sonra “Çorum” 38 xalla 4-cü pilləyə yüksəlib.

ETOPAZ

Əvvəlki yazı

“Qalatasaray”dan növbəti transfer

Növbəti yazı

“Real” və “Borussiya”dan qələbə