Coş NBA tarixinə düşdü

Coş NBA tarixinə düşdü

Coş Qiddi NBA-nın tarixinə düşüb. “Oklahoma”nın basketbolçusu tripl-dabla imza atan ən gənc oyunçu adını qazanıb.

O, “Dallas”la görüşdə fərqlənib. Coş komandasının 86:95 hesabı ilə uduzduğu matçda 17 xal, 13 ribaund və 14 ötürməyə nail olub.

Qiddi 19 yaş 84 günlüyündə tripl-dabl rəsmiləşdirib. Bu, NBA tarixində yeni rekorddur.

Onadək rekord Lamelo Bolla məxsus idi. “Şarlott”un oyunçusu ötən mövsüm 19 yaş 140 günlüyündə fərqlənib.

e-Topaz

Əvvəlki yazı

Obameyanqa Asiyadan təklif

Növbəti yazı

Levandovski, Salah, Messi