Cokoviçin oyunları ən yaxşı seçildi
“Böyük dəbilqə” turnirlərinin 2021-ci ildə keçirilən 5 ən yaxşı oyununun siyahısı açıqlanıb. ATP-nin cədvəlinə Novak Cokoviçin iştirakı ilə keçirilən iki matç başçılıq edir. İki ən yaxşı görüş yarımfinala təsadüf edib. “Top-5”də final oyunlarına yer tapılmayıb.
1. Novak Cokoviç – Rafael Nadal – 3:6, 6:3, 7:6, 6:2 (“Rolan Qarros”, yarımfinal)
2. Novak Cokoviç – Aleksandr Zverev – 4:6, 6:2, 6:4, 4:6, 6:2 (“US Open”, yarımfinal)
3. Frensis Tiafu – Andrey Rublyov – 4:6, 6:3, 7:6, 4:6, 6:1 (“US Open”, 3-cü mərhələ)
4. Stefanos Tsitsipas – Tanasi Kokkinakis – 6:7, 6:4, 6:1, 6:7, 6:4 (“Australian Open”, 2-ci mərhələ)
5. Endi Marrey – Oskar Otte – 6:3, 4:6, 4:6, 6:4, 6:2 (“Uimbldon”, 2-ci mərhələ)