Cokoviçdən yeni rekord
Novak Cokoviç yeni rekorda imza atıb. Dünyanın birinci raketkası “Masters” turnirlərindəki qələbə faizində zirvəni ələ keçirib.
Parisdəki yarışın yarımfinalında Andrey Rublyova qalib gələn serbiyalı ATP-1000 səviyyəsindəki qələbə faizini 82,2-yə yüksəldib.
Cokoviç bununla da Rafael Nadalı arxada qoyub.
Ən azı 100 oyun keçirən tennisçilərin “beşliy”i
1. Novak Cokoviç – 82,2
2. Rafael Nadal – 82,1
3. Rocer Federer – 77,9
4. Andre Aqassi – 74,1
5. Pit Sampras – 73,1
Qeyd edək ki, Novak finalda Qriqor Dmiitrovla görüşəcək.