Cokoviçdən uğursuz start
“Böyük dəbilqə”lərin 21 qat qalibi Novak Cokoviç 2023-cü ilə start verib. O, Adelaida turnirinə cütlərin yarışında qatılıb.
Novak Vaşek Pospişillə duetdə qüvvəsini sınayıb. Onlar Tomislav Brkiç və Qonsalo Eskobar cütü ilə qarşılaşıb.
Cokoviçin yer aldığı cüt mövsümə məğlubiyyətlə başlayıb – 6:4, 3:6, 5:10. Bununla da onlar turnirdə mübarizəni dayandırıb.