Cokoviçdən qələbə
“Böyük dəbilqə” turnirlərinin 24 qat çempionu Novak Cokoviç ilin yekun turnirində Hubert Hurkaça qalib gəlib. Dünyanın birinci raketkası üç setin yekununda üstün olub – 7:6 (7:1), 4:6, 6:1.
Lakin bu qələbə Novaka yetərli olmaya bilər. Onun yarımfinala adlaması qrupun digər matçından asılıdır.
Həmin görüşdə Yannik Sinner və Holqer Rune üz-üzə gələcək. Sinner qalib gəlsə, özü birinci, Cokoviç ikinci yerin sahibi kimi yarımfinala çıxacaq. Rune qələbə qazansa , 1-ci olacaq. İkinci yeri isə Sinner tutacaq.