Cokoviçdən imtina
Dünyanın birinci raketkası Novak Cokoviç yeni mövsümün startını təxirə salıb. Serbiyalı tennisçi ATP kubokunda iştirakdan imtina edib.
O, yanvarın 1-də başlayacaq turnirdə mübarizə aparmayacaq. Cokoviç “Australian Open”lə bağlı qərarını hələ verməyib. Avstraliyaya yollanmaq üçün vaksinasiya zəruridir. Novak isə vaksin olunub-olunmaması barədə açıqlama vermir.