Cokoviç zirvəyə qayıdır
Kişi tennisçilərin dünya reytinqində lider dəyişikliyi olacaq. Novak Cokoviç yenidən 1-ci pilləyə qayıdacaq.
Buna “US Open”in ilk mərhələsi səbəb olub. “Böyük dəbilqə”lərin 23 qat çempionu Aleksandr Mülleri məğlub edib – 6:0, 6:2, 6:3.
Bu qələbə Cokoviçin turnirin sonunda Karlos Alkarası keçməsi üçün yetərli olacaq. Serbiyalı karyerası ərzində 389 həftə reytinqin lideri olub. Bu da mütləq rekorddur.