Cokoviç Olimpiya çempionu oldu
Paris-2024 Olimpiadasında kişilərin fərdi yarışlarında final matçı keçirilib. Həlledici matçda Novak Cokoviç (Serbiya) və Karlos Alkaras (İspaniya) üz-üzə gəlib.
“Böyük Dəbilqə” yarışlarının 24 qat qalibi olan serbiyalı tennisçi hər 2 setdə rəqibindən güclü olub. Cokoviç 7:6 hesabları ilə qalib gəlib. Bundan əvvəl 3 dəfə Olimpiya Oyunlarının yarımfinalında uduzmuşdu.