Cokoviç Nadalı geridə qoydu

Cokoviç Nadalı geridə qoydu

Novak Cokoviç yeni rekorda imza atıb. Serbiyalı tennisçi “Masters” seriyalı turnirlərdəki qələbə sayında mütləq rekordçu olub.

O, ABŞ-ın Mayami şəhərindəki yarışın 1/16 finalında argentinalı Uqo Karabelllini 1 saat 47 dəqiqəyə məğlub edib – 6:3, 7:5 (7:1). Bu, Novakın “Masters”lərdə 411-ci qələbəsi olub.

O, ispaniyalı Rafael Nadalı (410) geridə qoyub. Bu göstəricidə 3-cü yerdə isveçrəli Rocer Federerdir – 381 qələbə.

Qeyd edək ki, Cokoviç növbəti mərhələdə italiyalı Lorenso Muzetti il qarşılaşacaq.

ETOPAZ

Əvvəlki yazı

Yeni Zelandiya DÇ-2026-da

Növbəti yazı

Günün kuponu – 25.03.2025