Cokoviç Nadalı arxada qoydu
21 qat “Böyük Dəbilqə” çempionu Novak Cokoviç tarixin ən yüksək qalibiyyət faizinə malik oyunçusu olub. O, bu göstəricidə Rafael Nadalı geridə qoyub.
Cokoviç 1227 matçda 1022, Nadal 1280-də 1066 qələbə qazanıb. Beləliklə, serbiyalının qalibiyyət faizi 83,29%, ispaniyalının isə 83,28%-ə bərabərdir.