Cokoviç də Madriddə korta çıxmayacaq
Madriddəki “Masters”i buraxacaq tennisçilərin siyahısında dəyişiklik olub. Novak Cokoviç də İspaniya paytaxtında oynamayacaq.
Serbiyalı tennisçinin yarışdan imtinasının səbəbi açıqlanmayıb. Lakin onun dirsəyində problem olduğu ehtimal edilir.
Novak bu həftə Banya-Lukadakı turnirin 1/4 finalında mübarizəni dayandırıb. O, gələn həftə başlayacaq yarışdan kənar qalmağa qərar verib.
Qeyd edək ki, Matteo Berrettini və Rafael Nadal da Madriddə oynamayacaq.