Cokoviç “101”ə çatdı

Cokoviç “101”ə çatdı

Novak Cokoviç Afina şəhərində keçirilən Peşəkar Tennisçilər Assosiasiyasının (ATP) turnirinin finalında italiyalı Lorenso Muzettini məğlub edib. Gərgin keçən görüş 4:6, 6:3, 7:5 hesabı ilə Cokoviçin xeyrinə başa çatıb.

Bu qələbə Cokoviç üçün karyerasında 101-ci titul olub. O, Açıq dövr (peşəkar və həvəskar tennisin ayrıldığı dövrün başa çatmasından sonrakı mərhələ) üzrə qazanılmış titul sayına görə üçüncü yerdə qərarlaşıb.

ETOPAZ

Əvvəlki yazı

“Gəncə”dən inamlı qələbə

Növbəti yazı

Qrizmanndan yeni rekord