Cokoviçə qadağa ləğv edildi
“Böyük dəbilqə” turnirlərinin 21 qat qalibi Novak Cokoviç “Australian Open”də iştirak edə biləcək. Avstraliyanın yeni miqrasiya naziri Endryu Cayls sələfinin qərarını ləğv edib.
İdmançının ölkəyə girişinə qoyulan üç illik qadağa qüvvədən düşüb. Cokoviçə yeni müvəqqəti viza verilib.
Qeyd edək ki, Novak koronavirusa görə peyvənd olunmadığı üçün son turnirə buraxılmamışdı.