ÇL-də həftənin oyunçusu
“Leypsiq”in futbolçusu Andre Silva azarkeşlər arasında aparılan səsvermədə qalib gəlib. O, səsvermədə Cud Bellinqem (“Borussiya”), Anxel Di Mariya (“Yuventus”) və Covanni Di Lorenzodan (“Napoli”) daha çox səs qazanıb.
Xatırladaq ki, Silva ÇL-in qrup mərhələsinin 3-cü turunda “Seltik”lə oyunda (3:1) 2 qol, 1 assistlə yadda qalıb.