ÇL-də həftənin oyunçusu adına namizədlər bəlli oldu
Çempionlar Liqasında həftənin futbolçusu adına namizədlər bəlli olub. Bunu UEFA-nın mətbuat xidməti açıqlayıb.
Namizədlər Markus Reşford (“Barselona”), Duşan Vlahoviç (“Yuventus”), Markyus Türam (“İnter”) və Fransişku Trinkandır (“Sportinq”).
Qeyd edək ki, azarkeşlər həftənin ən yaxşı futbolçusunu seçmək üçün UEFA-nın rəsmi saytında səsvermədə iştirak edə bilərlər.












