“Çikaqo”dan 25 ilin rekordu
“Çikaqo” NBA-da yeni mövsümün startında ardıcıl 4-cü qələbəsini qazanıb. Bu, “Toronto” ilə səfər matçına təsadüf edib. “Bullz” 111:108 hesabı ilə qalıb gəlib.
Çikaqolular son 25 ildə ilk dəfə mövsümə 4 qələbə ilə başlayıb. Sonuncu belə uğur 1996/97 mövsümündə yaşanıb. Həmin vaxt Fil Ceksonun baş məşqçisi olduğu komandada Maykl Cordan, Skotti Pippen və Dennis Rodman kimi əfsanələr çıxış edirdi. “Çikaqo” 4 qələbə ilə start verdiyi həmin mövsümü çempion kimi başa vurub.